Bundesver rəhbəri almanları müharibəyə hazırlaşmağa çağırdı

Bundesver rəhbəri almanları müharibəyə hazırlaşmağa çağırdı backend

Bundesverin rəhbəri Karsten Breuer bildirib ki, Almaniya mümkün hərbi münaqişəyə yalnız ordunu deyil, sənayeni və vətəndaş cəmiyyətini də hazırlamalıdır.

Qaziler.az xəbər verir ki, bu barədə “Bild” nəşri onun “Prague Defence Summit”dəki çıxışına istinadən xəbər verir.

“Biz, hərbçilər, sizin dəstəyiniz olmadan uğursuzluğa məhkumuq. Lakin uğursuzluq variant deyil. Çünki bu, bildiyimiz cəmiyyətlərimiz üçün ölümcül bir təhlükə demək olardı. Hamımız eyni qayıqdayıq", - deyə Breuer bildirib.

General həmçinin Ukraynadakı müharibənin təcrübəsinin və hərbi texnologiyaların inkişafının nəzərə alınmasının vacibliyini vurğulayıb.

“Rusiya öyrənir. Onlar kopyalayır və uyğunlaşırlar. Güclü tərəflərimizə qarşı və onlardan yan keçməyə yönəlmiş innovasiyalar tətbiq edirlər”, — deyə o bildirib.

Bundesverin ssenarilərindən birinə görə, ölkəyə gündəlik minədək yaralı hərbçi gətirilə bilər. Beş hərbi hospital belə axının öhdəsindən gələ bilməyəcəyindən yaralıların mülki xəstəxanalarda müalicə olunması lazım gələcək.

Bundesver Ulmdə 2 min nəfərlik yeraltı hospitalın yenidən istifadəyə verilməsini nəzərdən keçirir. Bu xəstəxana 1979-cu ildə nüvə zərbəsi ehtimalına qarşı inşa edilib və 90 günədək avtonom fəaliyyət göstərə bilər.

QAZİLER.AZ