Meksikada balıqçılar dənizdə təlim torpedosu tapıblar

Meksikada balıqçılar dənizdə təlim torpedosu tapıblar backend

Meksikada balıqçılar dənizdə balıq tutarkən dalğaların üzərində üzən torpedo (su altında hərəkət edən, əsasən gəmilərə və sualtı qayıqlara qarşı istifadə olunan özünüidarə edən sualtı silahdır) aşkar ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə “Tiempo la noticia digital” yazıb.

Hadisə yerinə hərbi-dəniz qüvvələrinin patrulu göndərilib. Mütəxəssislər aşkar olunan obyektin həqiqətən də sualtı qayıqlara qarşı mübarizə üzrə təlimlər üçün nəzərdə tutulmuş təlim torpedosu olduğunu təsdiqləyiblər.

Torpedonun döyüş hissəsi və daxilində partlayıcı maddə olmayıb. Buna görə də o, birbaşa təhlükə yaratmayıb. Hərbçilər torpedonu sudan çıxararaq saxlama üçün aparıblar. İndi mütəxəssislər döyüş sursatının mənşəyini müəyyən etməli və onunla bağlı bundan sonra nə ediləcəyinə qərar verməlidirlər.

Torpedonun modeli hələlik rəsmi olaraq açıqlanmayıb. Yerli KİV-in məlumatına görə, bu, Amerikanın MK 46 tipinə aid ola bilər. Lakin hakimiyyət bu məlumatı təsdiqləməyib.

QAZİLER.AZ