Lukaşenko məmurları hədələdi: “Həbsə salmaq lazımdır”

Lukaşenko məmurları hədələdi:  “Həbsə salmaq lazımdır” backend

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə kətanın keyfiyyətsiz yığılmasına görə məsul şəxslərin həbs edilməli olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, onun sözlərini “BelTA” yayıb.

18 sentyabrda Lukaşenko Mogilyov vilayətinin Şklov rayonuna işgüzar səfər edib və "Qovyadı-Aqro" kənd təsərrüfatı müəssisəsinə məxsus tarlaya baş çəkib.

“İşləməməyin necə olduğunu göstərmək istəyirdiniz? Buna görə həbsxanaya salmaq lazımdır. Bu, kətanın yığılmasıdır? Dəhşətlidir. Mən bunu səndən gözləmirdim”, — deyə Lukaşenko Mogilyov vilayəti icraiyyə komitəsinin sədrinə müraciətlə bildirib.

Dövlət başçısı kənd təsərrüfatı və ərzaq naziri ilə regiondakı prezident köməkçisinə konkret işlərlə məşğul olmağı tövsiyə edib. O, ölkənin bütün ərazisində kənd təsərrüfatı işlərinin keyfiyyətlə aparılmasının vacibliyinə diqqət çəkib.

“Bu onu göstərir ki, prezidentin daha çox olduğu və yol kənarında yerləşən ərazilərdə iş görürsünüz. Amma ucqar yerlərə getmirsiniz. Əgər prezidentin helikopterini bu sahəyə endirməyə risk etmisinizsə, deməli, qalan sahələriniz ümumiyyətlə dəhşətli vəziyyətdədir”, — deyə Lukaşenko əlavə edib.

QAZİLER.AZ