Pakistanda cümə namazında partlayış – Çox sayda ölən var

Pakistanda cümə namazında partlayış – Çox sayda ölən var backend

Pakistanın Xeybər-Paxtunxva əyalətində yerləşən məscidlərdən birinin qarşısında cümə namazı zamanı partlayış törədilib.

Bu barədə Pakistan KİV məlumat yayıb.

Terror hücumu nəticəsində azı 15 nəfər həlak olub, 50-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Məscidin yerli polis şöbəsinin binasının yaxınlığında yerləşdiyi vurğulanır. Partlayış dalğasından məscidin divarlarından biri çöküb. Hadisə yerində xilasedicilər işləyir.