Müharibə NATO-ya sıçrayır? – Tusk Ukraynanın müttəfiqlərinə real raket təhlükəsi barədə xəbərdarlıq etdi

Müharibə NATO-ya sıçrayır? – Tusk Ukraynanın müttəfiqlərinə real raket təhlükəsi barədə   xəbərdarlıq etdi backend

Polşa Ukraynaya dəstək verən ölkələrin Rusiya tərəfindən “hibrid” hüqumlara məruz qala biləcəyini bəyan edib.

Qaziler.az bildirir ki, “Bloomberg” agentliyinin məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.

D. Tuskun sözlərinə görə, Moskvanın hazırkı məqsədi Ukraynanın iqtisadiyyatını və logistikasını sıradan çıxırmaqdır. Eyni zamanda, Rusiyanın alyansın üzvü olan ölkələrə hücum etməklə “NATO-nun qətiyyətini” zəiflətmək niyyətində olduğu iddia edilir. Polşa Baş naziri bunu “ən real ssenari” adlandırıb.

“Dronların və ya digər növ raketlərin NATO-nun şərq cinahındakı bir və ya bir neçə ölkənin ərazisindən uçması, hətta dağıntılara səbəb olması riski realdır. Rusiyanın rəsmi versiyası isə bunun bir təsadüf olduğu və NATO tərəfindən hər hansı cavab tədbiri barədə düşünməyə əsas olmadığı şəklində olacaq”, — deyə Tusk qeyd edib.

QAZİLER.AZ