Li Çje Men ABŞ-la aparılan danışıqların gecələr yatmasına mane olduğunu bildirib.
Cənubi Koreya prezidenti Li Çje Men ABŞ-la 350 milyard dollar həcmində investisiya öhdəliklərini nəzərdə tutan layihələrlə bağlı danışıqların gecələr yatmasına mane olduğunu açıqlayıb.
Qaziler.az bildirir ki, “Bloomberg”in məlumatına görə, Seulun vəd etdiyi investisiya paketinin həyata keçirilməsi ilə bağlı danışıqlar faktiki olaraq dalana dirənib və yalnız müəyyən fasilədən sonra bərpa olunub.
“Mən özüm də bu məsələ barədə düşünərək yuxusuz gecələr keçirmişəm. Bunun böyük əhəmiyyəti var”, – deyə Li Çje Men bildirib.
Jurnalistlər qeyd edirlər ki, Cənubi Koreya prezidentinin açıqlamaları ölkənin ötən il Donald Tramp administrasiyası ilə bağladığı investisiya sazişinin həyata keçirilməsi zamanı üzləşdiyi çətinlikləri əks etdirir.
Hazırda tərəflər əldə olunmuş razılaşmalar çərçivəsində ilk layihələri müzakirə edirlər. Prosesdə yaranan gecikmə Vaşinqtonun narazılığına səbəb olub. Ötən ay Tramp gözlənilmədən ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasını azaldıb.
QAZİLER.AZ

