Ramzan Kadırov Zabit Səmədova maşın hədiyyə etdi

Ramzan Kadırov Zabit Səmədova maşın hədiyyə etdi backend

Qroznı şəhərində “Qroznaya bitva - 13” adlı döyüş gecəsi keçirilib. APA TV-nin məlumatına görə, gecədə “Axmat” klubunu təmsil edən dünya və Avropa çempionatlarının, müxtəlif Qran-prilərin qalibi olmuş azərbaycanlı döyüşçü Zabit Səmədov bir neçə dəfə dünya çempionu olmuş, Avstraliyanı təmsil edən Polşa əsilli Pol Slovinskiyə qalib gəlib.

Z.Səmədovu qələbə münasibətilə Çeçenistan prezidenti Ramzan Kadırov təbrik edib. O, azərbaycanlı döyüşçüyə “Mercedes W222” markalı avtomobil hədiyyə edib. Bu barədə Zabit Səmədov “İnstagram” hesabında məlumat verib.

Qeyd edək ki, çeçen lider də Z.Səmədovu, onu Azərbaycanda dəstəkləyənləri öz “İnstagram” hesabında təbrik edib.