Litva hakimiyyəti 2030-cu ilə qədər ümumi hərbi xidmətə keçmək qərarına gəlib

Litva hakimiyyəti 2030-cu ilə qədər ümumi hərbi xidmətə keçmək qərarına gəlib backend

Litva 2030-cu ilədək silahlı qüvvələrdə müddətli hərbi xidmətə ümumi çağırış sisteminə keçməlidir.

Bu qərar Prezident Gitanas Nausedanın rəhbərlik etdiyi Ümumi Milli Müdafiə üzrə Koordinasiya Şurasının forumunda qəbul edilərək müvafiq xartiyada təsbit olunub.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 17-də Litvanın ictimai yayımçısı LRT məlumat yayıb.

“Koordinasiya Şurası birgə qətnamə qəbul edib. Qətnamədə Dövlət Müdafiə Şurasına (DMŞ) yaxın bir neçə ay ərzində 2035-ci il üçün planlaşdırılan, daha çox və ya az dərəcədə ümumi xarakter daşıyacaq hərbi xidmətə çağırışın sürətləndirilməsinin mümkünlüyünü qiymətləndirmək təklif olunur”, – deyə nəşrin məlumatında deyilir.

QAZİLER.AZ