Fransadakı yanacaqdoldurma məntəqələrində avtomobil yanacağının hazırkı qiymətləri İran ətrafında vəziyyətin gərginləşməsi fonunda kəskin bahalaşaraq vətəndaşlar üçün dözülməz həddə çatıb.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 17-də Fransa Prezidenti Emmanuel Makron bildirib.
“Blokadaların gündəlik həyatımıza birbaşa təsiri var. Fransızlar bunun təsirini yanacaqdoldurma məntəqələrində öz üzərlərində hiss edirlər, burada qiymətlər dözülməz həddə çatıb”, – deyə Fransa Prezidenti “X” sosial şəbəkəsində (əvvəllər “Twitter”) yazıb.
Makron bu açıqlamanı Livan Prezidenti Cozef Aun və İordaniya Kralı II Abdullah ilə keçirdiyi rəsmi görüşdən sonra verib.
Görüş zamanı tərəflər Qırmızı dənizdə, Hörmüz və Bab əl-Məndəb boğazlarında kommersiya gəmiçiliyinin azadlığının təmin edilməsinin kritik əhəmiyyət daşıdığını vurğulayıblar.
QAZİLER.AZ

