Ər həyat yoldaşının başını kəsdi

Ər həyat yoldaşının başını kəsdi backend

Hindistanın Uttar Pradeş ştatında bir kişi arvadını yatarkən vəhşicəsinə qətlə yetirib.

Qaziler.az bildirir ki, NDTV bu barədə məlumat verib.

Cinayət gecə baş verib. 28 yaşlı Naqma yatarkən əri Parvez ona bıçaqla hücum edərək başını kəsib. Cinayətdən sonra Parvez polis bölməsinə təslim olub və qətli törətdiyini etiraf edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədi götürərək məhkəmə-tibb ekspertizasına göndəriblər.

Müstəntiqlərin sözlərinə görə, cütlük təxminən 12 il birlikdə yaşayıblar. 

Son bir həftə ərzində Nəqmanın əri onu vəhşicəsinə döyürdü. Bacısının sözlərinə görə, Parvez dəfələrlə arvadının boğazını kəsməklə hədələyib. Nəqmanın anası da bildirib ki, təhdidlər bir neçə gündür edilir və Pərvezin anası və üç bacısı da onlara qoşulub.

Hücum zamanı şübhəlinin bacısı və qaynı qonşu otaqda yatıblar və müdaxilə etməyiblər.

Hadisə yerində qanlı bir köynək tapılıb.

QAZİLER.AZ