ABŞ Prezidenti Donald Tramp Polşada ABŞ Quru Qoşunlarının bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunduğunu bildirib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tramp bu barədə “Truth” sosial platformasında paylaşım edib.
“Dostum, Polşa Prezidenti Karol Navrotskinin cəsarətli rəhbərliyi sayəsində Polşada ABŞ Quru Qoşunlarının bazasının yaradılması istiqamətində böyük irəliləyiş əldə olunur. Əgər bu baş tutarsa, bazanın yerləşəcəyi ərazi çox tezliklə açıqlanacaq. Bu, ABŞ–Polşa ittifaqı üçün tarixi addım olacaq”, – deyə Tramp qeyd edib.

