İraqın strateji əhəmiyyətli Ramadi şəhəri İŞİD terrorçularından azad olunub. APA TV-nin xəbərinə görə, Ramadi Su Elektrik Stansiyasını terrorçulardan təmizləyən İraq ordusunun şəhərin mərkəzində olduğu yayılan məlumatlar arasındadır.
Bildirilir ki, İŞİD qüvvələri Ramadidə daşı daş üstə qoymayıblar. İraq hökumətindən verilən məlumatda deyilir ki, terrorçular şəhərin 80 faizini xarabalığa çeviriblər. Ramadinin əvvəlki illərinə qayıtması üçün azı 10 il lazımdır.Xatırladaq ki, Ramadi bu ilin may ayında İŞİD-in əlinə keçib. Olduqca böyük strateji əhəmiyyəti olan Ramadi şəhərinin işğalı İraq ordusu üçün böyük zərbə idi.