Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələlər yerli vaxtla saat 14:19-da (Moskva vaxtı ilə saat 17:19) Nikolski kəndindən 167 kilometr qərbdə baş verib.
Zəlzələ 83 kilometr dərinlikdə baş verib. Yerli hakimiyyət orqanları itki və ya dağıntı barədə heç bir məlumat yaymayıb.
QAZİLER.AZ

