Britaniyada 25 şagird qəribə səbəblərə görə dərsdən uzaqlaşdırılıb

Britaniyada 25 şagird qəribə səbəblərə görə dərsdən uzaqlaşdırılıb backend

Britaniyanın Somerset qraflığındakı məktəblərdən birinin şagirdləri çantalarının zəncirbəndlərini həddindən artıq ucadan bağladıqları üçün dərslərdən uzaqlaşdırılıb.

Qaziler.az bildirir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.

Söhbət 25 şagirddən gedir. Onların valideynlərinin sözlərinə görə, məktəb rəhbərliyi digər ən xırda qayda pozuntularına görə də şagirdlərə müxtəlif sanksiyalar tətbiq edib. Belə hallara əsəbi şəkildə gülmək, başını pəncərəyə tərəf çevirmək və dərsə cəmi bir dəqiqə gecikmək də daxildir.

Şagirdlərdən birinin anası qızının məhz əsəbi şəkildə güldüyünə görə dərslərdən uzaqlaşdırıldığını təsdiqləyib.

Digər bir qadın isə xüsusi ehtiyacları olan övladının mütəmadi olaraq ayrıca otaqda təcrid edildiyini bildirib. Onun sözlərinə görə, uşağın cəzalandırılmasına stulda qurcalanması və diqqətinin yayınması səbəb olub.

QAZİLER.AZ