Böyük Britaniya Kralı III Çarlz hesab edir ki, süni intellekt (Sİ) tərtibatçıları bəşəriyyətin öz taleyi üzərində nəzarəti itirməməsi üçün əllərindən gələni etməlidirlər.
Qaziler.az "Sky News" telekanalına istinadla xəbər verir ki, bu barədə monarxın sentyabrın 17-də Şotlandiyadakı "Damfris-haus" malikanəsində keçiriləcək görüşün iştirakçılarına müraciət edəcəyi nitqində deyilir.
"Süni intellektin inkişafı – həm onun məzmunu, həm də sürəti – eyni dərəcədə böyük maraq və dərin narahatlıq doğurur. Dünyamızda insan təbiətinə və onun mühüm mənəvi tərkib hissəsinə dəyər verənlər, öz taleyimiz üzərində nəzarəti itirməyəcəyimizə dair sizdən həyəcanla təminat gözləyirlər", - deyə III Çarlzın sözlərini sitat gətirib.
Britaniya monarxı hesab edir ki, bu dönüş mərhələsində qəbul edilən qərarlar gələcək nəsillərin miras alacağı dünyanın necə olacağını müəyyənləşdirəcək. Bildirilib ki, qarşınızda duran vəzifə təkcə texnologiyaları inkişaf etdirmək deyil, həm də onların bəşəriyyətin, cəmiyyətin və təbiətin mənafelərinə xidmət etməyə davam edəcəyinə zəmanət verməkdir.
QAZİLER.AZ

