İspaniyanın Kataloniya bölgəsində güclü yağışlar nəticəsində bir nəfər həyatını itirib.
Qaziler.az xəbər verir ki, bu barədə Kataloniya hökumətinin rəhbəri Salvador İlya “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Onun sözlərinə görə, ölən şəxsin meyiti Barselona vilayətinin Qarraf rayonunda aşkarlanıb. İspaniya mediası qeyd edir ki, meyit güclü su axınının apardığı avtomobildən təxminən 500 metr məsafədə tapılıb.
Güclü yağışlar Kataloniya və Valensiya muxtar icmasında çoxsaylı hadisələrə və daşqınlara səbəb olub.
Bundan əvvəl Kataloniya hakimiyyəti güclü yağışlarla əlaqədar Barselones və Maresme rayonlarının sakinlərinin mobil telefonlarına təcili xəbərdarlıqlar göndərib. Sakinlərdən mülki müdafiə xidmətinin göstərişlərinə əməl etmək, çaylara, dərələrə və yarğanlara yaxınlaşmamaq, avtomobilləri su basma ehtimalı olan ərazilərdə saxlamamaq və son dərəcə ehtiyatlı olmaq tələb edilib.
QAZİLER.AZ

