Ağ Evin Aparat rəhbəri Suzi Uayls çərşənbə günü bildirib ki, xərçəng diaqnozu qoyulmasından altı ay sonra xəstəlikdən sağalıb.
Qaziler.az KİV-ə istinadla xatırladır ki, Uaylsa süd vəzi xərçəngi diaqnozu qoyulduğu barədə mart ayında ABŞ Prezidenti Donald Tramp məlumat verib.
“Minnətdarlıqla bəzi şəxsi xəbərləri bölüşmək istəyirəm. Bu həftə Mayo Klinikasında həkim müayinəsindən keçdikdən sonra patoloji müayinələrin nəticələri təsdiqləndi. Mən xərçəngdən azadam”, – deyə Uayls “X” sosial şəbəkəsində yazıb.
Ağ Ev Aparatının rəhbəri ona dəstək olan ailə üzvlərinə, dostlarına və həkimlərinə təşəkkür edib.
“Prezident Trampa daimi dəstəyinə görə xüsusi təşəkkürümü bildirirəm. Mən buna görə çox minnətdaram və onun “Amerika hər şeydən öndə” proqramının həyata keçirilməsi istiqamətində çalışmağa davam edəcəyəm”, – deyə Uayls əlavə edib.
CBS telekanalının məlumatına görə, 69 yaşlı Uayls bu həftə tibbi prosedurlardan keçdikdən dərhal sonra demək olar ki, Ağ Evdəki işinə qayıdıb, işgüzar görüşlər keçirib və telefon danışıqları aparıb.
QAZİLER.AZ

