İranda yüksək rütbəli din xadimi hicabsız qadınlara qarşı çağırış edib

İranda yüksək rütbəli din xadimi hicabsız qadınlara qarşı  çağırış edib backend

İranın yüksək rütbəli din xadimlərindən biri məcburi hicab qaydalarına əməl etməyərək ictimai yerlərdə başıaçıq görünən qadınlara qarşı xalqı, din alimlərini və dövlət qurumlarını tədbir görməyə çağırıb.

Qaziler.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, bunu İslam Seminariyalarının Ali Şurasının üzvü Mahmud Rəcəbi deyib.

“Xalq, din xadimləri və hakimiyyət orqanları birlikdə hicabsızlığa qarşı mübarizəyə qoşulmalıdır", - o bildirib. 

Rəcəbi həmçinin hicabla bağlı “sosial anormallıq” hallarına qarşı tədbirlər görülməsini, eyni zamanda hicabın taxılmasının təbliği və cəmiyyətdə möhkəmləndirilməsi istiqamətində mədəni fəaliyyətlərin artırılmasını istəyib.

QAZİLER.AZ