Kitab oxu, pul qazan: Sinqapurda qeyri-adi təşəbbüs

Kitab oxu, pul qazan:  Sinqapurda qeyri-adi təşəbbüs backend

Sinqapur rəhbərliyi vətəndaşlarına kitab oxumaq üçün pul ödəmək qərarına gəlib.

Qaziler.az xəbər verir ki, “İndependent” nəşrinin verdiyi məlumata görə, ölkədə fərqli bir layihəyə start verilib.

Şəhər-dövlətdə "dumskrollinq"lə (sosial şəbəkələrdə mənfi xəbərləri fasiləsiz oxumaq asılılığı) mübarizə aparmaq və ölkədə mütaliə mədəniyyətini gücləndirmək məqsədilə beşillik milli proqram fəaliyyətə başlayıb. "ReadSG" adlı bu kampaniya Milli Kitabxana Şurası tərəfindən həyata keçirilir. Layihə iştirakçılarına proqramın rəsmi veb-saytına və ya mobil tətbiqinə daxil olaraq gündə ən azı 15 dəqiqə kitab oxumaq təklif edilir.

“Bu, metroda üç dayanacaq getmək, avtobus gözləmək və ya səhər qəhvəsini içmək üçün lazım olan vaxt qədərdir. Kiçik anlar böyük hekayələrə çevrilir. Gündə 15 dəqiqə oxumağın sizi hara aparacağını kəşf edin!” – deyə layihədə qeyd olunub.

Mütaliə qaydalarına əsasən, azı 15 dəqiqə oxuyan şəxslər 20 virtual sikkə qazanırlar. Toplanan hər 1000 sikkəyə görə iştirakçıların hesabına 1 dollar köçürülür.

QAZİLER.AZ