Vatikan tarixdə ilk dəfə "Oskar" mükafatına film təqdim edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə “Variety” nəşri Vatikanın Kommunikasiya Katibliyinin rəhbəri Paolo Ruffiniyə istinadən məlumat yayıb.
Rejissorlar Liyya Beltrami və Əli Aksunun ekranlaşdırdığı 39 dəqiqəlik "Yaşıl lava" sənədli filmi Vatikanın iştirakı ilə ərsəyə gəlib. Ekran işi Amerika Kinofilm Sənəti və Elmləri Akademiyasının müsabiqəsində bu şəhər-dövləti rəsmi olaraq təmsil etməyəcək. Çünki "Ən yaxşı beynəlxalq bədii film" nominasiyasından fərqli olaraq, qısametrajlı filmlər kateqoriyasında hökumətin və ya milli seçim komitəsinin rəsmi təsdiqi tələb olunmur.
Filmdə Düşen əzələ distrofiyasından (irsi əzələ xəstəliyi) əziyyət çəkən gənc italyan Cakomo Mattivinin həyatından bəhs edilir.
"Yaşıl lava" filminin nümayişi sentyabrın 18-dən 24-nə kimi Beverli-Hillzdəki "Lumiere Music Hall" kinoteatrında baş tutacaq. Bundan sonra çəkiliş qrupu "Oskar"a müraciət üçün lazımi sənədləri rəsmiləşdirəcək.
QAZİLER.AZ

