KXDR-dən ABŞ və Cənubi Koreyaya sərt xəbərdarlıq: “Ciddi çağırışdır”

KXDR-dən ABŞ və Cənubi Koreyaya sərt xəbərdarlıq:  “Ciddi çağırışdır” backend

Şimali Koreya ABŞ-Cənubi Koreya Kütləvi Qırğın Silahlarına Qarşı Mübarizə Komitəsinin (CWMDC) iclasına cavab olaraq, nüvə qüvvələri haqqında qanundan istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.

Qaziler.az “Yonhap”a istinadla xəbər verir ki, bu barədə KXDR Müdafiə Nazirliyinin nümayəndəsinin bəyanatında deyilir.

Seulda keçirilən CWMDC iclasında Şimali Koreyanın kütləvi qırğın silahlarından istifadəsinə qarşı effektiv mübarizənin gücləndirilməsi, bioloji təhdidlər üzrə əməkdaşlıq və nəzarətdən sonrakı tədbirlər məsələləri müzakirə olunub.

Pxenyanda bildirilib ki, bununla ABŞ və Cənubi Koreya bununla “kiminsə kütləvi qırğın silahları təhdidini nümayiş etdirir və KXDR-ə qarşı hərbi güc tətbiqini də nəzərdə tutan birgə müdafiə hazırlığının gücləndirilməsindən danışırlar”.

Şimali Koreya bunu "açıq-aşkar qarşıdurma bəyannaməsi" adlandırıb və bu bəyanat nüvə və bioloji silahların istifadəsini fakt halına gətirir və onun tətbiqi üçün praktik hazırlıqları sürətləndirir.

Pxenyanda həmçinin xatırladıblar ki, ABŞ Ukraynada “bioloji laboratoriyalar şəbəkəsi” yaradıb və Cənubi Koreyadakı Amerika bazalarında bioloji laboratoriyalardan istifadə edib.

KXDR Müdafiə Nazirliyinin nümayəndəsi bildirib:

“Ölkəmizə qarşı kütləvi qırğın silahlarından istifadə ilə bağlı bu cür hücumlar və təhdidlər təhlükəsizlik üçün ciddi çağırış kimi qiymətləndirilə bilər və bu da nüvə qüvvələri siyasəti haqqında qanunun müvafiq maddəsinin işə salınmasını tələb edir”.

O, bu maddənin işə salınmasının nə demək olduğunu düzgün başa düşməyə və bunu “ciddi xəbərdarlıq kimi qəbul etməyə” çağırıb.

QAZİLER.AZ