Lavrov: Rusiya Avropa ölkələri ilə əvvəlki münasibətlərinə qayıtmayacaq

Lavrov: Rusiya Avropa ölkələri ilə əvvəlki münasibətlərinə qayıtmayacaq backend

Rusiya SSRİ-nin dağılmasından sonra Avropa ilə "qucaqlaşmağa" qayıtmayacaq.

Rusiya SSRİ-nin dağılmasından sonra Avropa ölkələri ilə qurduğu əvvəlki münasibətlərə qayıtmayacaq.

Qaziler.az bildirir ki, bunu sentyabrın 16-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalında “Açıq dialoq” zamanı bildirib.

“Heç bir halda 1990-cı illərin sonlarında, hətta ümumilikdə 1990-cı illərdə, eləcə də Sovet İttifaqının son illərində baş verdiyi kimi əvvəlki qucaqlaşmalara qayıdış olmayacaq”, – deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Moskva Avropa ölkələrində hakimiyyətə sağ müxalifətin gələcəyi təqdirdə Rusiya ilə münasibətlərin avtomatik olaraq yaxşılaşacağı ehtimalına əsaslanan siyasət yürütmək niyyətində deyil.

“Biz siyasətimizi belə bir yanaşma üzərində qurmayacağıq ki, indi sağ mühafizəkarlar, realistlər hakimiyyətə gələcək və bizim hər şeyimiz yenidən yaxşı olacaq. Biz bunu artıq yaşamışıq və belə etməyəcəyik”, – deyə nazir bildirib.

QAZİLER.AZ