“Avropa ilə heç bir “qucaqlaşma” olmayacaq” - Lavrov

“Avropa ilə heç bir “qucaqlaşma” olmayacaq” - Lavrov backend

Rusiya Sovet İttifaqının dağılmasından sonra olduğu kimi Avropa ilə yenidən əvvəlki yaxın münasibətlərə qayıtmayacaq.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalında bildirib.

“90-cı illərdə, hətta Sovet İttifaqının mövcudluğunun sonlarında baş verdiyi kimi, artıq heç bir “qucaqlaşmaya” qayıdış olmayacaq”, — deyə o bildirib.

Bununla belə, Lavrov qeyd edib ki, əgər Avropa ölkələrindən kimsə dialoqu bərpa etmək istəsə, Rusiya onların nə düşündüyünü və nə təklif edə biləcəyini dinləyəcək.

“Sonra bunun bizi qane edib-etmədiyinə biz qərar verəcəyik”, — deyə Rusiya XİN rəhbəri vurğulayıb.

QAZİLER.AZ