Qasım-Jomart Tokayev Cənubi Koreyada yaşayan qazaxıstanlılarla görüşüb - VİDEO

Qasım-Jomart Tokayev Cənubi Koreyada yaşayan qazaxıstanlılarla görüşüb - VİDEO backend

Qasım-Jomart Tokayev Cənubi Koreyada yaşayan qazaxıstanlılarla görüşüb.

Qaziler.az "kazinform"a istinadən xəbər verir ki, Qazaxıstan prezidenti hazırda Cənubi Koreyada təhsil alan və işləyən qazaxıstanlılarla səmimi söhbət edib.

Tokayev həmvətənlərinə Qazaxıstanda xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş siyasi islahatlar və sosial-iqtisadi dəyişikliklər barədə məlumat verib.

Koreyada yaşayan qazaxlar isə iş və təhsil sahəsindəki nailiyyətlərini bölüşüb və Qasım-Jomart Tokayevə gələcək planları barədə məlumat verib.

Görüşün sonunda Prezident Koreya Respublikasında yaşayan tələbələrə və bütün Qazaxıstan vətəndaşlarına uğurlar arzulayıb.

QAZİLER.AZ