Meksika sahillərində 5 maqnitudalı zəlzələ baş verib
Qaziler.az bidirir ki, Meksika sahillərində 5,0 maqnitudalı güclü zəlzələ baş verib.
Şimali Amerikada baş verən təbii fəlakət barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar sentyabrın 15-də, çərşənbə axşamı yerli vaxtla saat 21:45-də (sentyabrın 16-da Moskva vaxtı ilə saat 06:45) qeydə alınıb. Zəlzələnin episentri təxminən 13,7 min nəfərin yaşadığı Brisas-Barra-de-Suçiate şəhərindən 62 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
Təbii fəlakət nəticəsində ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, bir gün əvvəl Rusiyanın Novosibirsk vilayətində də hiss olunan zəlzələ baş vermişdi. Seysmoloqlar onun maqnitudasını 4,4 olaraq qiymətləndiriblər.

