Polşanın Baş naziri Donald Tusk ölkə sakinlərini yanacağın rekord qiymətlərinin artacağı barədə xəbərdar edib. O, bu barədə hökumətin iclasının açılışında danışıb.
Onun sözlərini RİA Novosti yayıb.
“Tezliklə rekord qiymətlərlə üzləşəcəyik. Elə qiymətlərlə ki, ən pis kabuslarında belə heç kimin ağlına gəlməzdi”, – deyə Tusk bildirib.
Onun sözlərinə görə, yaranmış vəziyyətə görə məsuliyyət Polşa Prezidenti Karol Navrotskinin üzərinə düşür. Tusk bildirib ki, prezident neft şirkətlərinin supermənfəət vergisinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsinə veto qoyub.
Baş nazir dövlət başçısının mövqeyinin ona aydın olmadığını vurğulayıb və hökumətin sözügedən qanun layihəsini yenidən Seymin müzakirəsinə təqdim edəcəyini vəd edib.

