İsraildə iranlı jurnalist qaçırılıb

İsraildə iranlı jurnalist qaçırılıb backend

Press TV jurnalist Nakki Hamedin İsrailin Qərb Sahilində saxlanılması barədə məlumat yayıb.

Qaziler.az bildirir ki, Press TV telekanalı jurnalist Nakki Həmədin İordan çayının qərb sahilində oğurlandığını bildirib. Kanalın məlumatına görə, İsrail hərbçiləri çəkiliş qrupunun bütün üzvlərini saxlayıb və axtarış aparıblar.

Jurnalistin həmkarlarından biri bildirib ki, operatorlar yoxlanıldıqdan sonra sərbəst buraxılıb. Onun sözlərinə görə, Həməd isə naməlum istiqamətə aparılıb.

Mənbə qeyd edib ki, jurnalist İordan çayının qərb sahilində fəaliyyət göstərərkən artıq iki dəfə hədəfə çevrilib.

QAZİLER.AZ