Litvanın Rusiyanın Baltikyanı ölkələrə hücum üçün mümkün hazırlıqları barədə heç bir məlumatı yoxdur.
Qaziler.az "Delfi"yə istinadən xəbər verir ki, Litva Prezidentinin Baş Milli Təhlükəsizlik Müşaviri Deyvidas Matulionis təəccüblü bir açıqlama verib.
"Rusiyanın Baltikyanı ölkələrə qarşı hər hansı bir hücuma hazırlaşdığını göstərən heç bir konkret məlumatımız yoxdur", - o, bildirib.
Eyni zamanda, rəsmi Baltikyanı hakimiyyət orqanlarını ayıq olmağa çağırıb, çünki "vəziyyət həmişə olduqca dinamikdir və tez dəyişə bilər".
Bir müddət əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Litvaya dəhşətli bir xəbərdarlıq edərək Litvanın "dünya xəritəsindən yox ola biləcəyini" bildirib.
QAZİLER.AZ

