Varşavada sentyabrın 15-i axşam saatlarında Şopen hava limanının bir hissəsi orada sahibsiz baqajın olması barədə məlumat daxil olduqdan sonra təxliyə edilib. Hazırda baqaj pirotexniklər tərəfindən yoxlanılır.
Qaziler.az bildirir ki, bu barədə RBK-Ukrayna TVN24 telekanalına istinadən məlumat yayıb.
Polisə sahibsiz baqaj barədə məlumat yerli vaxtla saat 19:00-a bir neçə dəqiqə qalmış daxil olub. Bundan sonra əşyanın yoxlanılması üçün müvafiq xidmətlər hadisə yerinə çağırılıb.
Paytaxt Polis İdarəsinin nümayəndəsi Pavel Xmura bildirib ki, baqajın təhlükə yaradıb-yaratmadığını müəyyənləşdirmək üçün sərhəd xidməti pirotexniki yoxlama aparır.
QAZİLER.AZ

