Rusiyanın Almaniyadakı sonuncu baş konsulluğu bağlanıb

Rusiyanın Almaniyadakı sonuncu baş konsulluğu bağlanıb backend

Bonnda Rusiyanın Almaniyadakı son Baş Konsulluğunun bağlanış mərasimi keçirilib.

Almaniyanın Bonn şəhərində Rusiyanın ölkədəki sonuncu baş konsulluğunun bağlanması ilə bağlı mərasim keçirilib.

Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

Mərasimdə Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev və baş konsul Oleq Krasnitski iştirak ediblər.

Krasnitski baş konsulluğun kollektivinə və yerli tərəfdaşlara uzun illər davam edən əməkdaşlığa görə təşəkkür edib. Neçayev isə xatırladıb ki, SSRİ ilə Almaniya arasında diplomatik əlaqələr 1955-ci ildə qurulub. Onun sözlərinə görə, ilk sovet səfirliyi əvvəlcə Remagendə yerləşib.

“Biz ruhən güclüyük, qüdrətliyik və bizi diz çökdürmək mümkün deyil. Tarix boyu hələ heç kim buna nail ola bilməyib”, – deyə diplomat Almaniyadakı rusdilli diasporaya müraciət edərkən bildirib.

Mərasim Rusiya Federasiyasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

QAZİLER.AZ