Ukraynanın Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi (VAKS) sentyabrın 15-də Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermaka qarşı tətbiq edilən prosessual öhdəliklərin müddətini daha 60 gün uzadıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, məhkəmə ona elektron qolbaq taxmaq öhdəliyindən azad olmağa icazə verib.
Məhkəmədən bildirilib ki, elektron nəzarət vasitəsindən istifadə öhdəliyinin uzadılmaması “müstəqil tibbi mütəxəssisin” rəyi ilə bağlıdır. Belə ki, elektron qolbağın Yermakın səhhətinə zərər vura biləcəyi qeyd olunub.
“İstintaq nəzarəti üçün nəzərdə tutulan elektron vasitədən bundan sonra da istifadə edilməsi şəxsin həyatı və sağlamlığı üçün təhlükə yarada bilər. Bu hal VAKS-ın sözügedən prosessual öhdəliyin müddətini uzatmaqdan imtina etməsinin əsaslarından biri olub”, – deyə VAKS-ın “Facebook” sosial şəbəkəsindəki səhifəsində bildirilib.
QAZİLER.AZ

