ABŞ hakimiyyəti Belarus lideri Aleksandr Lukaşenkonun bankda “ilişib qalmış” vəsaitlərin qaytarılmasının zəruriliyi ilə bağlı açıqlamasını eşidib.
Qaziler.az “BelTA”ya istinadla xəbər verir ki, bunu ABŞ-nin Belarus üzrə xüsusi nümayəndəsi Con Kou Minskdə keçirilən danışıqlar zamanı bildirib.
“Bu vəsaitlər dondurulmalı və geri qaytarılmalıdır. Biz banka müraciət edərək bu vəsaitlərin blokdan çıxarılmasını xahiş etmişik. Hazırda bunun necə həyata keçiriləcəyinə dair mexanizm hazırlayırıq”, — deyə Kou bildirib.
Söhbət ABŞ-nin “Citibank” bankında bloklanmış 43-44 milyon dollardan gedir. Lukaşenkonun daha əvvəl bildirdiyi kimi, bu vəsait Minsk ilə əməkdaşlıq edən və kalium gübrələrinin tədarükünə görə ödəniş edən şirkətdən daxil olub.
QAZİLER.AZ

