Çin vətəndaşların ölkədən çıxışına ciddi məhdudiyyətlər tətbiq edir

Çin vətəndaşların ölkədən çıxışına ciddi məhdudiyyətlər tətbiq edir backend

Çin ölkəyə giriş və ölkədən çıxışı məhdudlaşdıran bir sıra genişmiqyaslı yeni qaydalar tətbiq edib. Bu qaydalar hökumətə öz vətəndaşları üzərində nəzarəti daha da gücləndirməyə imkan verəcək.

Qaziler.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hakimiyyətin fikrincə, xaricdə olarkən milli təhlükəsizliyə və ya Çinin maraqlarına “zərər vuran” vətəndaşların ölkədən çıxmasına üç ilədək müddətə qadağa qoyula bilər. Yeni qaydalar ölkənin sənaye və ya texnoloji təhlükəsizliyinə təhdid hesab edilən istənilən şəxsə tətbiq oluna bilər.

Bundan sonra sərhədçilər də Çin vətəndaşlarına “yüksək riskli” hesab edilən ölkə və regionlara səfər etməkdən çəkinməyi tövsiyə etməlidirlər.

BBC qeyd edir ki, bu qaydalar elan edilməzdən əvvəl də bəzi şəxslərin müəyyən ölkələrə girişinə qadağa qoyulmuşdu. Dövlət qulluqçuları bu məhdudiyyətlərə məruz qalan ilk qruplar arasında olub. Daha sonra məhdudiyyətlər dövlət müəssisələrinin əməkdaşlarına və adi vətəndaşlara da şamil edilib.

QAZİLER.AZ