“Emmi” mükafatının qalibləri məlum oldu - FOTOLAR

“Emmi” mükafatının qalibləri məlum oldu -  FOTOLAR backend

“Dul qadınlar buxtası” serialı “Ən yaxşı komediya serialı” nominasiyasında “Emmi” mükafatına layiq görülüb.

Qaziler.az xəbər verir ki, mükafatlandırma mərasimi NBC telekanalı ilə yayımlanıb.

“Ən yaxşı kişi rolu” nominasiyasının qalibi “Pitt xəstəxanası” serialında rol alan amerikalı aktyor Noa Uayli olub. Bu layihə həmçinin “Ən yaxşı dramatik serial” nominasiyasında da qalib gəlib. Ən yaxşı aktrisa mükafatını “Çoxlarından biri” filmindəki roluna görə Reya Sihorn alıb. O, “Eyforiya” serialında rol alan Zendayeni geridə qoyub.

İkinci dərəcəli rollara görə mükafatları Ellison Cenni (“Diplomat”) və Tom Pelpri (“Tapşırıq”) əldə ediblər. Ən yaxşı rejissor mükafatı “Yavaş atlar” serialına görə Sol Metsşteynə təqdim olunub. “Ən yaxşı ssenari” nominasiyasında isə “Çoxlarından biri” layihəsinə görə Vins Gilliqana mükafat verilib.

Bu il tədbir Los-Ancelesin mərkəzində yerləşən “Peacock” teatrında keçirilib. Üçqat “Emmi” laureatı Mariska Harqitey aparıcı kimi debüt edib. O, son 15 ildə bu vəzifəni icra edən ilk qadın olub.

QAZİLER.AZ