Səudiyyə Ərəbistanına məxsus təyyarələr Yəmənin Taiz əyalətinin Dhubab rayonuna aviazərbələr endirib.
Qaziler.az xəbər verir ki, bu barədə sentyabrın 14-də "Saba" agentliyi yerli mənbəyə istinadən məlumat yayıb.
"Səudiyyə təyyarələri Dhubab rayonuna aviazərbələr endirir", - deyə nəşrdə qeyd olunub.
Mülki əhali arasında itkilərin olduğu bildirilir.
Husilər hərəkatının nəzarətində olan "Saba" agentliyi sentyabrın 10-da məlumat yaymışdı ki, Səudiyyə aviasiyası Yəmənin cənub-qərbindəki Taiz əyalətinin Moha şəhərində yerləşən beynəlxalq hava limanına iki zərbə endirib.
QAZİLER.AZ

