İran ABŞ PUA-sını vurduğunu bəyan edib - FOTO

İran ABŞ PUA-sını vurduğunu bəyan edib -  FOTO backend

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində Amerika Birləşmiş Ştatlarına məxsus pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, SEPAH-ın Hava-Kosmik Qüvvələri səhər erkən saatlarda Hörmüz boğazının qərb hissəsində "MQ-1" tipli pilotsuz aparatı vurublar. PUA-nın zərərsizləşdirilməsi zamanı yeni və qabaqcıl hava hücumundan müdafiə sistemindən istifadə edildiyi vurğulanır.

Sentyabrın 14-də verilən digər məlumatda isə bildirilib ki, ABŞ-yə məxsus "Northrop Grumman MQ-4C Triton" tipli uzaqməsafəli kəşfiyyat PUA-sı Fars körfəzinin neytral suları üzərində bir neçə saat ərzində uçuş həyata keçirib. Pilotsuz aparatın uçuşu təxminən 14,5 kilometr yüksəklikdə qeydə alınıb.

QAZİLER.AZ