Avropada 9 ölkə yeni biometrik sistemi təxirə saldı - FOTO 

Avropada 9 ölkə yeni biometrik sistemi təxirə saldı - FOTO  backend

Avropa İttifaqının doqquz ölkəsi Giriş/Çıxış Sistemi (EES - Entry/Exit System) çərçivəsində sərhəddə biometrik yoxlamaların tətbiqini təxirə salıb.

Qaziler.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazır.

Nəşrin məlumatına görə, biometrik yoxlamalar Fransa, Yunanıstan, Portuqaliya, İtaliya, Almaniya, Malta, Niderland, Belçika və İsveçrədə təxirə salınıb.

Bununla belə, biometrik yoxlamaların təxirə salınması qeyd olunan ölkələrin bütün ərazilərinə şamil edilməyib. Məsələn, Brüsseldəki "Eurostar" terminalında və Antverpen limanında, həmçinin Frankfurt və Sxipholun iri hava limanlarında barmaq izləri toplanılır.

Qeyd edək ki, EES sistemi Şengen zonasında 2025-ci ilin oktyabrından etibarən mərhələli şəkildə fəaliyyətə başlayıb. Qaydalara əsasən, üçüncü ölkələrdən gələn turistlər ilk giriş zamanı pasportlarını skan edir, üz cizgilərinin və barmaq izlərinin biometrik qeydiyyatından keçirlər.

QAZİLER.AZ