Vens təsdiqlədi: “ABŞ husilərlə danışıqlar aparır”

Vens təsdiqlədi: “ABŞ husilərlə danışıqlar aparır” backend

Vaşinqton administrasiyası Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) Bab əl-Məndəb boğazındakı strateji Perim adasını nəzarətə götürməsindən sonra onlarla birbaşa əlaqələr saxlayır.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens  jurnalistlərə açıqlamasında bildirib.

"Biz BƏƏ, Səudiyyə Ərəbistanı və regionda maraqlı olan digər tərəflərlə daim əlaqə saxlayırıq. ABŞ bu məsələyə xüsusi diqqət yetirir. Biz həmçinin husilərin özləri ilə də birbaşa dialoq qururuq. Buna görə də hesab edirik ki, vəziyyət çox sürətlə dəyişsə də, ona nəzarət edirik. Hadisələrin inkişafını bundan sonra da izləmək niyyətindəyik", - o qeyd edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Yəmən husiləri ABŞ tərəfi ilə əlaqə saxlayaraq Birləşmiş Ştatlarla müharibə etmək istəmədiklərini bildiriblər.