ABŞ son vaxtlar bir neçə növ qabaqcıl silahın istehsalını artırıb.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib. O bildirib ki, söhbət "Tomahawk" raketlərindən, THAAD raketdən müdafiə (HHM) sistemlərindən və "Patriot" zenit-raket komplekslərindən gedir.
Ağ Evin rəhbəri hazırkı istehsal həcmləri barədə hesabat aldığını bildirib. O əlavə edib ki, silahlar Yaxın Şərqdəki və regiondan kənardakı qoşunlara hər gün tədarük edilir.
Trampın sözlərinə görə, hazırda Vaşinqton diqqətini bir neçə silah növü üzərində cəmləşdirib.
QAZİLER.AZ

