Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəni tərk edən Ruslan Kravçenkonun yerinə Ukraynanın Baş prokuroru vəzifəsinə təyin edə biləcəyi ən azı üç namizədi var.
Qaziler.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "NV" nəşri məlumat yayıb.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, bu vəzifəyə potensial iddiaçıların siyahısında Xmelnitski vilayətinin prokuroru Aleksey Xomenko, baş prokurorun keçmiş müavini Gündüz Məmmədov və Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rəhbərinin keçmiş müavini, həmçinin ölkənin Baş prokurorunun sabiq müavini Viktor Trepakın adları yer alır.
Eyni zamanda, “NV”nin həmsöhbətləri vurğulayıblar ki, yeni baş prokurorun namizədliyi ilə bağlı hələlik qəti qərar yoxdur.
QAZİLER.AZ

