Tramp ABŞ-dəki bahalaşmaya görə Baydeni günahlandırdı

Tramp ABŞ-dəki bahalaşmaya görə Baydeni günahlandırdı backend

ABŞ-də qiymətlərin artmasının səbəbi ABŞ-nin keçmiş prezidenti Co Baydenin yürütdüyü siyasətdir.

Qaziler.az xəbər verir ki, bu barədə hazırkı ABŞ lideri Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ümid edirəm ki, hər kəs bütün Amerikada qiymət artımına Trampın deyil, Co Bayden və onun administrasiyasının səbəb olduğunu başa düşür", — deyə o qeyd edib.

Tramp vurğulayıb ki, Baydenin dövründə neftin qiyməti indikindən daha yüksək olub.

QAZİLER.AZ