Trampdan İrlandiyaya: "Hamı məni boğaza yığmışdı"

Trampdan İrlandiyaya: "Hamı məni boğaza yığmışdı" backend

Tramp İrlandiya viskisinə tətbiq edilən gömrük rüsumunu ləğv edib.

Qaziler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə öz ailəsinə məxsus qolf klubunda keçirilən İrlandiya Açıq Qolf Çempionatının qalibinə kuboku təqdim etməzdən əvvəl elan edib.

Ağ Evin rəhbəri qeyd edib ki, Vaşinqton tərəfindən tətbiq edilmiş 10 faizlik gömrük rüsumunun ləğv olunması xahişi ilə ona xüsusilə İrlandiyanın Baş naziri Mixol Martin və aparıcı irlandiyalı qolfçu Şeyn Louri müraciət ediblər, deyə DW xəbər verir.

"Hamı məni boğaza yığmışdı. Mən də dedim: “Amerika Birləşmiş Ştatları adından İrlandiya viskisinə qoyulan rüsumları ləğv edirəm”", — deyə Tramp bildirib.

QAZİLER.AZ