Rusiya və Ukrayna energetika sahəsində razılaşdı - Tramp

Rusiya və Ukrayna energetika sahəsində razılaşdı - Tramp backend

Ukrayna Rusiyanın energetika obyektlərinə zərbələr endirməməyə razılıq verib.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Amerikalı lider əlavə edib ki, Rusiya da analoji öhdəliyi öz üzərinə götürüb.

Bundan başqa, Tramp növbəti dəfə qeyd edib ki, dünyada dizel yanacağının qiymətinin artmasına İran deyil, əsasən Rusiya və Ukrayna arasındakı münaqişə səbəb olub.

Qeyd edək ki, sentyabrın 7-də Ukrayna Prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, Kiyev Rusiya ilə iki sahədə — taxıl və energetika məsələlərində kompromisə getməyə hazırdır.

QAZİLER.AZ