Ermənistan ərazisindəki Rusiyaya aid hərbi hissənin adı növbəti dəfə qalmaqalda hallanıb.
Qaziler.az bildirir ki, ANS-in məlumatına görə, Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi hissənin əsgəri erməni kəndlisinin inəyini oğuralyıb.Bildirilir ki, Dmitri Korşunov axşam saatlarında pəncərədən Usubyanova məxsus pəyəyə girərək inəyi götürüb. İnəyin dəyəri 90 000 drama bərabərdir.
26 yaşlı hərbiçiyə törətdiyi əmələ görə cinayət məcəlləsinin 177-ci maddəsi ilə məhkəmə işi açılıb. İlkin tədbir olaraq hərbiçinin hərbi hissəni tərk etməsinə qadağa qoyulub.
Bu, Rusiyaya aid 102 saylı hərbi bazanın adının hallandığı ilk hadisə deyil. Daha əvvəl Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın qulluqçusu Valeri Permyakov bir erməni ailəsinin 7 üzvünü qətlə yetirib.