Suriya 15 ildən çox davam edən fasilədən sonra beynəlxalq ödəniş sistemlərinə yenidən qoşulub. Ölkədə Mastercard şəbəkəsinin bərpası ilə beynəlxalq səviyyədə keçərli olan ilk yerli elektron ödəniş kartı istifadəyə verilib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Suriya rəhbərliyi bazar günü ölkənin rəqəmsal ödəniş sistemini inkişaf etdirmək və bank sektorunu qlobal şəbəkələrə inteqrasiya etmək məqsədilə ilk beynəlxalq yerli kartın təqdimatını keçirib. Yeni kart Suriya Mərkəzi Bankının sədri Məhəmməd Səfvət Raslanın iştirak etdiyi iclasda “QNB Syria” və “Mastercard” əməkdaşlığı çərçivəsində təqdim olunub.
Mərkəzi Bankdan edilən açıqlamada bu addımın "Suriyanın elektron ödəniş və köçürmə sisteminin inkişafında yeni bir mərhələ" olduğu vurğulanıb. Bildirilib ki, layihə həm beynəlxalq kartların ölkədə qəbulunu, həm də yerli kartların qlobal ödəniş şəbəkələrinə inteqrasiyasını əhatə edir.
QAZİLER.AZ

