Şotlandiya, Uels və Şimali İrlandiya Böyük Britaniyadan ayrılaraq Aİ-yə qoşulmaq istəyir

Şotlandiya, Uels və Şimali İrlandiya Böyük Britaniyadan ayrılaraq Aİ-yə qoşulmaq istəyir backend

Böyük Britaniyanın üç hissəsindəki siyasi liderlər öz gələcəklərini müəyyən etmək hüququnu tələb edirlər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Şotlandiya, Uels və Şimali İrlandiya öz gələcəklərini müstəqil şəkildə müəyyən etmək hüquqlarını bəyan ediblər.

Bu regionların millətçi liderləri əməkdaşlıq memorandumu imzalayaraq, xalqlarının gələcəyini Avropa İttifaqında (Aİ) gördüklərini bildiriblər. 

Böyük Britaniyanın “Sky News” telekanalına istinadən xəbər verilir ki, Şotlandiya, Uels və Şimali İrlandiyanın birinci nazirləri — Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Suinni, “Pleyd Kimru” partiyasından Run ap Iorvert və “Şinn Feyn” partiyasından Mişel O’Nil Kardiff şəhərində birgə mətbuat konfransı keçiriblər

Qeyd olunur ki, Böyük Britaniyanın hər üç qeyri-müstəqil regionunun eyni vaxtda millətçi və müstəqillik tərəfdarı olan partiyaların nümayəndələri tərəfindən idarə edilməsi tarixdə ilk dəfə qeydə alınır.

QAZİLER.AZ