Türkiyəli aktyor, “Muhteşem yüzyıl” serialında Sultan Süleyman obrazını canlandıran Halit Ergenç Rusiyaya səfər edib.
Qaziler.az xəbər verir ki, bu barədə POPCAKE məlumat yayıb.
Ergenç Beynəlxalq Gənclər Festivalında iştirak etmək üçün Yekaterinburqa gəlib. Tədbir sentyabrın 11-dən 17-dək “Yekaterinburq-Ekspo” Beynəlxalq Sərgi Mərkəzində keçirilir.
Festivalın keçirildiyi məkanda genişmiqyaslı sərgi də təşkil olunub. Ekspozisiyada iştirakçılara Rusiya tərtibatçıları tərəfindən hazırlanaraq tətbiq edilən və gələcəyə hesablanan innovativ həllər təqdim olunur.
Festivalın 191 ölkədən olan gənc liderlərə həmyaşıdları ilə ünsiyyət qurmaq, təcrübə mübadiləsi aparmaq və qlobal problemlərə cavablar axtarmaq imkanı verəcəyi gözlənilir.
QAZİLER.AZ

