Kazanda 33 nəfər zəhərləndi - Aşpazda salmonella tapıldı

Kazanda 33 nəfər zəhərləndi - Aşpazda salmonella tapıldı backend

Kazanda yerləşən Nan Kebab kafesində zəhərlənmə baş verdikdən sonra 23 nəfər xəstəxanaya yerləşdirilib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Tatarıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti  məlumat verib.

Qurumdan bildirilib ki, xəstələrdə kəskin bağırsaq zəhərlənməsi əlamətləri müşahidə olunur.

Tatarıstan üzrə Rospotrebnadzor idarəsinin məlumatına görə, sentyabrın 12-13-də Kazanda Nan Kebab kafesindəki məhsulları qəbul etdikdən sonra 33 bağırsaq infeksiyası halı qeydə alınıb. Xəstələnən 22 nəfərdə salmonella bakteriyası aşkarlanıb.

Müəyyən edilib ki, sentyabrın 9-dan 11-dək xəstələnən şəxslərin hamısı kafedə şaurma, pizza və kabab yeyib.

İctimai iaşə müəssisəsində çoxsaylı pozuntular aşkarlanıb. Xüsusilə qabların yuyulması qaydalarına əməl edilmədiyi, məhsullar üçün lazımi sənədlərin və isti suyun olmadığı müəyyənləşdirilib.

Satışdan ümumi çəkisi 44 kiloqram olan 20 partiya məhsul çıxarılıb. Bundan əlavə, şaurma hazırlayan aşpazda da salmonella aşkar edilib.

QAZİLER.AZ