İraq hakimiyyəti İranla müvəqqəti bağlanmış sərhəd keçid məntəqələrindən nəqliyyatın yenidən açılması prosedurunu müəyyən edib.
Qaziler.az bildirir ki, bu barədə "Kazinform"un Yaxın Şərq müxbirinin verdiyi məlumatda deyilir.
Sentyabrın 13-də İraq İranla Şeyb, Şalamçe və Mandali sərhəd keçid məntəqələrindən sərnişin və ticarət daşımalarını tədricən bərpa etməyə başlayıb.
Bu barədə İraq Təhlükəsizlik Qüvvələrinin İnformasiya Bölməsi Baş nazir Əli əl-Zeydinin əmrinə istinadən məlumat verib.
İki keçid məntəqəsindən sərnişin daşımaları artıq bərpa olunub və üç keçid məntəqəsindən ticarət daşımaları sentyabrın 17-dək tədricən yenidən açılacaq.
Qərar keçid məntəqələrində əməliyyat vəziyyəti, texniki sistemlər və əməliyyat prosedurları yoxlanıldıqdan sonra verilib. İraq hakimiyyəti bildirib ki, görülən tədbirlər sərhəd təhlükəsizliyini gücləndirmək və vətəndaşların və yüklərin maneəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.
QAZİLER.AZ

