“Neft bazarlarında vəziyyət sürətlə pisləşir” - Peskov

“Neft bazarlarında vəziyyət sürətlə pisləşir” - Peskov backend

Dünya neft bazarlarında vəziyyət Fars körfəzində baş verən yeni eskalasiya səbəbindən sürətlə pisləşir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hazırda ümumilikdə neft bazarlarında vəziyyətin pisləşdiyini görürük. Vəziyyət sürətlə pisləşir. Bunun əsas səbəbi Fars körfəzindəki qeyri-sabitlik və eskalasiyanın yeni mərhələləridir”, — deyə Peskov bildirib.

Bundan əvvəl KİV yeni hücumların, o cümlədən Hörmüz boğazında baş verən hücumların və Səudiyyə Ərəbistanındakı neft kəmərinə endirilən zərbənin qlobal neft tədarükündəki problemləri daha da ağırlaşdıra biləcəyini yazmışdı.

Bu fonda neft qiymətləri iyul ayından bəri ilk dəfə sentyabr ayında 100 dolları keçib.

QAZİLER.AZ